
Mask Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib və "qeyri-insani qırğına" son qoymağa çağırıb
Amerikalı milyarder Mask Rusiyanın Ukraynadakı qırğınlarını pisləyir və münaqişənin dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın planını dəstəkləyir.
Bu barədə “Il Messaggero” nəşri məlumat yayıb.
Mask qeyd edib ki, o, “müharibəni alovlandıran Rusiyaya hörmət edə bilməz və dinc sakinlərin insanların həlak olması yolverilməzdir.
"Prezident Tramp haqlıdır: bu qan tökülməsinə son qoymağın vaxtıdır. Biz Ukrayna və Rusiyada səngərlərdə hər gün həlak olan əsgərlərdən narahat olmalıyıq. Onlar bu müharibənin səbəblərini və vaxtını anlamadan bir-birlərini öldürməyə məcburdurlar. Artıq kifayət qədər söz deməyin vaxtıdır", - Mask deyib.
Co Baydenin prezidentliyi dövründə İlon Mask Ukraynanın əsas dəstəkçisi olub. Onun şirkəti Ukrayna qoşunlarının cəbhə xəttində istifadə etdiyi minlərlə Starlink terminalına giriş təmin edib.
Lakin Donald Tramp seçkilərdə qalib gəldikdən sonra milyarder ritorikasını dəyişib. Xüsusilə o, Starlink sistemini Ukrayna ordusunun onurğa sütunu adlandırıb və dərhal sülhə çağırıb.
Mask ABŞ-ın Ukraynanın təbii sərvətləri üzərində nəzarəti haqqında saziş imzalanmamışdan əvvəl Trampın kampaniyasını dəstəkləyib. Starlink-in Ukrayna hərbçiləri üçün bloklanması istisna edilmir.
Mübahisəli mövzuya görə İtaliya ölkədə Starlink şəbəkəsini genişləndirmək üçün SpaceX ilə danışıqları dayandırıb.
Əziz Mustafa, Oxuməni.az