
HƏMAS-ın İsrailə raket zərbələri endirməsinə cavab olaraq İDF Qəzzada əməliyyatları genişləndirib
HƏMAS-ın İsrailə raket zərbələri endirməsinə cavab olaraq İDF Qəzzada əməliyyatları genişləndirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və “The Times of Israel”xəbər verib.
İsrail Müdafiə Nazirliyi bildirib ki, bazar günü axşam, Laçiş bölgəsində (ölkənin cənub-mərkəzi hissəsində) "Qəzzanın mərkəzi hissəsindən İsrail ərazisinə keçən 10-a yaxın mərmi atılıb".
İDF-nin məlumatına görə, yaraqlılar Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Balahdan raket zərbələri endirib və Aşdod bölgəsini (İsrailin Aralıq dənizi sahilində yerləşən 207 min əhalisi olan şəhər və liman) vurublar.
İsrail mətbuatı mərmilərin dağıntılara və bir nəfərin yaralanmasına səbəb olduğunu bəyan edib.
İsrail ordusu buna Qəzza zolağında hücumu "genişləndirməklə" cavab verib.
İsrail mediası Qəzza zolağından atılan raketin Aşkelonda düşdüyü yerdə təhlükəsizlik və xilasetmə qüvvələrinin çalışdığını bildirir.
Əziz Mustafa, Oxuməni.az