Amerika qırıcısı təyyarə gəmisinin göyərtəsində qəzaya uğrayıb

Amerika qırıcısı təyyarə gəmisinin göyərtəsində qəzaya uğrayıb

10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın “F/A-18E Super Hornet” qırıcı təyyarəsi Qırmızı dənizdə “USS Harry S. Truman” təyyarədaşıyan (aviadaşıyıcı) gəmisindən qəzaya uğrayıb. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən “Maritime Executive” məlumat yayıb.

Hadisə aprelin 28-də təyyarə gəminin anqar körfəzində yedəyə alınarkən baş verib. "Ekipaj qaçış manevri zamanı təyyarəyə nəzarəti itirib, nəticədə qırıcı və traktor göyərtədən aşıb. Bütün ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Bir dənizçi yüngül xəsarət alıb", - nəşr yazır.

Təyyarədaşıyan gəmi Qırmızı dənizdə husilərə qarşı əməliyyatda iştirak edir. “Rəsmilərin dediyinə görə, təyyarə gəmisi insident zamanı husilərin hücumundan qaçmaq üçün manevr edirdi”, - “Maritime Executive” bildirib.

“F/A-18E Super Hornet” 70 milyon dollara başa gəlir.

Nəşrin məlumatına görə, “Truman” təyyarədaşıyan gəmisi bu “missiya” zamanı daha iki insidentlə üzləşib, fevralın 12-də o, ticarət gəmisi ilə toqquşub, su xəttinin üstündəki korpusa ziyan vurub, dekabrda isə təyyarədaşıyan gəmini müşayiət edən “USS Gettysburg” kreyseri öz qırıcısını vurub. Hadisə ABŞ ordusunun Qırmızı dənizdə Yəmən husilərinə qarşı hava hücumları həyata keçirərkən baş verib.

Almaz Həsənli