İngiltərə Fələstini tanımaq üçün Fransa ilə danışıqlar aparır

İngiltərə Fələstini tanımaq üçün Fransa ilə danışıqlar aparır

12:33
Bəyəndim (5) Bəyənmədim (0)

London iyun ayında Paris və Ər-Riyadla Fələstin dövlətinin tanınması ilə bağlı danışıqlar aparır. Bu barədə “The Guardian” qəzeti Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bəyanatına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Lordlar Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib. Lammy bildirib ki, London simvolik məqamda deyil, regiondakı vəziyyətə təsir edəcək zaman belə bir addım atmaq istəyir. Nazir qeyd edib ki, İngiltərə Fələstin probleminin siyasi həllini tapmaq üçün iyun ayında çağırılan konfransda Fələstin dövlətinin tanınması ilə bağlı Fransa və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.

Lammi çıxışı zamanı Fələstinin bəzi Avropa dövlətləri tərəfindən son zamanlar tanınmasının heç bir təsiri olmadığını vurğulayıb.

Aprelin 20-də İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Fransanın Fələstin dövlətçiliyini tanıması yəhudi dövlətini birtərəfli fəaliyyətə sövq edə biləcək ciddi səhv olacaq.

Bundan əvvəl İtaliya Fələstinin tanınmasını təmin etmək arzusunda olduğunu bəyan edib.

Əziz Mustafa, Oxuməni.az