Suriya Rusiya ilə razılaşmanı pozduqdan sonra Tartus limanına investor tapıb

Suriya Rusiya ilə razılaşmanı pozduqdan sonra Tartus limanına investor tapıb

16 May 15:27
Bəyəndim (2) Bəyənmədim (0)

Suriya Limanlar və Quru Sərhədlər İdarəsi, Rusiya ilə limanın idarə edilməsinə dair müqavilənin dayandırılmasından sonra Dubayda yerləşən liman operatoru “DP World” ilə Tartus limanına sərmayə qoymaq üçün 800 milyon dollar dəyərində anlaşma memorandumu imzalayıb. “RİA Novosti” xəbər verir ki, bu barədə administrasiyanın bəyanatında deyilir.

Bu memorandum Tartus limanında terminalın inkişafı, idarə edilməsi və istismarı üçün maliyyə resurslarının investisiya edilməsini nəzərdə tutur. Qərarın limanın səmərəliliyini artırmağa kömək edəcəyi gözlənilir.

Bəyanatda qeyd olunub ki, Suriya sərhəd mühafizəsi və “DP World”, həmçinin Suriyanın bir sıra “strateji əhəmiyyətli” bölgələrində sənaye zonaları, azad iqtisadi zonalar, quru limanlar və tranzit terminallarının yaradılmasında əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Almaz Həsənli