
Finlandiya prezidenti Rusiyanı nəyin təhdid etdiyini açıqladı
ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlar masasına oturmaq istəmədiyinə görə səbrini itirir.
Bu sözləri Finlandiya prezidenti Aleksandr Stubb amerikalı həmkarı ilə uzun söhbətdən sonra deyib, The Guardian yazır. Finlandiya prezidenti Tramp və sabah telefonla danışacaq Rusiya diktatoru Vladimir Putinin Ukraynanın taleyini onun prezidenti Vladimir Zelenskinin başı üzərində həll etməməli olduğu fikrini bildirib.
Stubb onu da bildirib ki, danışıqlar qənaətbəxş olmasa, senatorların “əzici” adlandırdıqları Rusiya əleyhinə sanksiyalar paketi bu həftə Konqresə təqdim olunacaq.
"Zelenski səbirlidir və Tramp səbirsizlik göstərməyə başlayır, lakin düzgün istiqamətdə, yəni Rusiyaya doğru gedir", Stubb qeyd edib.
Əziz Mustafa, Oxuməni.az