Ermənistan Avropa Birliyinə potensial üzvlükdən danışıb

Ermənistan Avropa Birliyinə potensial üzvlükdən danışıb

14:58
Bəyəndim (2) Bəyənmədim (0)

İrəvan Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Brüssellə danışıqlar aparmır. TASS xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan Avropa İttifaqına daxil olmaq üçün müraciət etməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq olaraq, bu istiqamətdə yarana biləcək məsələ aktual deyil”, - deyə o, müvafiq sualı cavablandırıb.
Mayın 14-də Mirzoyan Brüsseldə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə görüşüb və onunla Ermənistan və Aİ arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Almaz Həsənli