Kozlovskinin Latviyaya girişi qadağan edilib

Kozlovskinin Latviyaya girişi qadağan edilib

30 May 08:55
Bəyəndim (3) Bəyənmədim (0)

Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Baiba Braze X sosial şəbəkəsində aktyor Danila Kozlovskinin ölkə üçün arzuolunmaz şəxslər siyahısına daxil edildiyini açıqlayıb.

Braze bildirib ki, Kozlovskinin qeyri-müəyyən müddətə Latviyaya girişinə qadağa qoyulub. Siyahıya qazaxıstanlı reper Vadim Motılev (SLIMUS) da əlavə edilib.

"Qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qəbul edilib", - nazirliyin rəhbəri bildirib.

Aprelin 29-da Latviyanın dövlət televiziyası LSM xəbər verib ki, Latviya Dövlət Təhlükəsizlik Xidməti (DSG) rusiyalı müğənni Kristina Orbakaite və serb musiqiçisi və bəstəkarı Qoran Breqoviçin ölkəyə girişinə qadağa qoyub. Təhlükəsizlik xidməti bu ifaçıların çıxışlarının “Latviyanın milli təhlükəsizliyinin maraqlarına uyğun olmadığını” iddia edib. Fevralın 18-də Braje rumıniyalı müğənni İona İoniţă-nin Latviyanın arzuolunmaz şəxslər siyahısına daxil edildiyini və qeyri-müəyyən müddətə ölkəyə girişinin qadağan edildiyini bildirib.

Əziz Mustafa, Oxuməni.az