İsrail Dəməşqin Əs-Suveydadan çıxmasını tələb edib

İsrail Dəməşqin Əs-Suveydadan çıxmasını tələb edib

13:09
Bəyəndim (3) Bəyənmədim (0)


İsrailin müdafiə naziri İsrael Kats deyib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Suriya hökumət qüvvələrinin druzların çoxluq təşkil etdiyi Əs-Suveyda şəhərini tərk etmədiyi təqdirdə onlara zərbələr endirməyə davam edəcək.
“The Times of Israel” yazır ki, Katz vurğulayıb ki, İsrail Əhməd əş-Şaraa hökumətinin druzlara qarşı davamlı təzyiqləri qarşısında boş dayanmaq niyyətində deyil.
"Suriya hökuməti druzları tək qoymalı və qoşunlarını geri çəkməlidir. Biz bunu açıq şəkildə bildirdik və onlara xəbərdarlıq etdik. İsrail Suriyada druzları tərk etməyəcək və silahsızlaşdırma siyasətini davam etdirəcək. İsrail ordusu bölgəni tərk edənə qədər rejim qüvvələrinə zərbələr endirməyə davam edəcək", - nazir bildirib.
Nəşrin məlumatına görə, İsrail tərəfinin bəyanatı fonunda Suriyanın cənubundakı Suveyda bölgəsində hökumət qüvvələri ilə silahlı druz qrupları arasında toqquşmalar davam edir.
Almaz Həsənli