Ərdoğan yaxın vaxtlarda Kiyevə səfər edə bilər

Ərdoğan yaxın vaxtlarda Kiyevə səfər edə bilər

5 Avqust 07:48
Bəyəndim (4) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Kiyevə səfər edə bilər. Bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə yaxın günlərdə Kiyevə səfər edəcək. Səfərin gündəliyinə həm azad ticarət razılaşması, həm də münaqişəni sona çatdırmaq üçün dinc yolların tapılması üçün davamlı səylər daxildir", - nəşr yazır.

Bundan əvvəl Ərdoğan Ukraynadakı münaqişənin sona çatmalı olduğunu bildirib və gələcək sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Türkiyə ardıcıl olaraq Rusiya və Ukrayna tərəfləri arasında ən yüksək səviyyədə görüşün təşkilinə açıq olduğunu nümayiş etdirir.

İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu baş tutub. Görüş “1200-ə 1200” sxemi üzrə məhbusların mübadiləsinə dair razılaşma və Moskvanın məsləhətləşmələri davam etdirmək üçün üç işçi qrupunun yaradılması təklifi ilə başa çatıb.

Əziz Mustafa