İrlandiya NATO-ya qoşulmağı nəzərdən keçirir

İrlandiya NATO-ya qoşulmağı nəzərdən keçirir

11:05
Bəyəndim (0) Bəyənmədim (0)

İrlandiyada mümkün NATO üzvlüyü ilə bağlı müzakirələr yenidən başlayıb. Euractiv İrlandiya hökumətindəki mənbələrə istinadən xəbər verir ki, bu, Rusiya dronlarının ölkənin hava məkanına müdaxiləsi ilə əlaqədardır.

Portala görə, dronlardan guya Ukrayna prezidenti Volodimir Zelenskinin ötən ilin noyabr ayında Dublinə rəsmi səfəri zamanı təyyarəsini izləmək üçün istifadə edilib.

Hazırda İrlandiyanın hava məkanının və dəniz sərhədlərinin təhlükəsizliyi əsasən Böyük Britaniya tərəfindən Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri vasitəsilə təmin edilir. Onlarla strateji əhəmiyyətli transatlantik kabel İrlandiyanın ərazi sularından keçir və Şennon Hava Limanı ABŞ və digər NATO ölkələri tərəfindən əsas logistika mərkəzi kimi fəal şəkildə istifadə olunur.

Əziz Mustafa