Kreml Əbu-Dabidə danışıqların ikinci raundunun tarixini təsdiqləyib
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi olaraq təsdiqləyib ki, Moskva-Vaşinqton-Kiyev görüşü əvvəllər planlaşdırıldığı kimi fevralın 4-5-də Əbu-Dabidə baş tutacaq.
Oxuməni.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.
Görüşün gündəliyi və Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı sualı cavablandıran Peskov, məsləhətləşmələrdə əvvəlki raundda iştirak edən eyni nümayəndə heyətinin iştirak edəcəyini dəqiqləşdirib.
Fevralın 1-də Əbu-Dabidə Rusiya və Ukrayna arasında danışıqlar keçirilməli idi. ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, görüş Moskva ilə Kiyev arasında ikitərəfli formatda planlaşdırılıb və əsas mövzu ərazi məsələsi olmalı idi. Daha sonra Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfərindən sonra danışıqlar bir neçə gün təxirə salındı. Ukrayna prezidenti Vladimir Zelenski danışıqların yeni raundunun fevralın 4 və 5-də keçiriləcəyini bildirmişdi.
Yanvarın 23 və 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umərov təmsil edib.
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)

























.jpg)








.jpg)


















