ABŞ İranda Xark adasındakı neft obyektlərini ələ keçirmək imkanını nəzərdən keçirir

ABŞ İranda Xark adasındakı neft obyektlərini ələ keçirmək imkanını nəzərdən keçirir

11:45
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp İranın Xark adasındakı neft infrastrukturunu ələ keçirmək məqsədilə əməliyyat keçirmək imkanını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə bazar günü “Axios” portalı məlumat yayıb.
Amerika rəsmiləri arasında olan mənbələrinin sözlərinə görə, Vaşinqton administrasiyasının rəhbəri "İranın Xark adasındakı ən vacib neft anbarını ələ keçirmək imkanını nəzərdən keçirir". Nəşrdə qeyd edildiyi kimi, "bu, Amerika quru əməliyyatının keçirilməsini tələb edəcək". Portalın məlumatına görə, ABŞ prezidenti "tankerlər Fars körfəzində bloklanmış qalarsa" bu addımı ata bilər.
Mənbələrdən birinin bildirdiyinə görə, Amerika lideri adadakı infrastrukturun ələ keçirilməsinin Tehranı gəlirlərinin əhəmiyyətli bir hissəsindən məhrum edəcəyini gözləyir. Nəşrdə qeyd olunur ki, ABŞ İranın region ölkələrinin neft obyektlərinə cavab zərbələrindən ehtiyat edir. "Burada böyük risklər və böyük faydalar var. Prezident hələ bu barədə qərar qəbul etməyib və biz onun bunu edəcəyini demirik", - portal mənbənin sözlərini sitat gətirir.
İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri daha əvvəl bildirmişdi ki, İsrail və ABŞ-ın İslam Respublikasından neft ixracı üçün əsas infrastrukturun yerləşdiyi Xark adasına növbəti zərbələri karbohidrogen bazarlarında vəziyyəti ciddi şəkildə çətinləşdirəcək.
Almaz Həsənli