SAXAL Tehranda Əli Xameneinin təyyarəsinin məhv edildiyini bildirib
İsrail Müdafiə Ordusu (SAXAL) martın 16-na keçən gecə Tehranın Mehrabad hava limanında İranın keçmiş ali lideri Əli Xameneinin təyyarəsini məhv edib. Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun bildirdiyinə görə, təyyarədən həm Əli Xamenei özü, həm də digər yüksək rütbəli məmurlar və İran hərbçiləri istifadə ediblər. O, silah alınması, daxili və beynəlxalq uçuşlar zamanı "ox" ölkələri ilə əməliyyatların koordinasiyası üçün istifadə olunurdu. SAXAL -dan verilən məlumata görə, təyyarənin məhv edilməsi İran rəhbərliyinin müttəfiqlərin fəaliyyətini əlaqələndirmək və hərbi potensialını artırmaq imkanlarını zəiflədir.
İsrail "ox" dedikdə, Qüds ilə qarşıdurmada Tehranı dəstəkləyən ölkələr blokunu nəzərdə tutur. Bunların arasında Livan ("Hizbullah"), Yəmən, İraqdakı şiə silahlı qruplaşmaları, Fələstinin "HƏMAS" hərəkatı və s. var.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq, İslam Respublikası İsrailə və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı Amerika hərbi bazalarına zərbələr endirib.
Almaz Həsənli



















































































