İsrail Müdafiə Qüvvələri Tehran, Şiraz və Təbrizdəki hədəflərə ağır zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (İMQ) İrandakı hədəflərə qarşı genişmiqyaslı zərbələr seriyasının başladığını elan etdi. Bu barədə İMQ mətbuat xidməti 16 martda məlumat verib.
İMQ-nin məlumatına görə, zərbələr Tehran, Şiraz və Təbrizdəki İran rejiminin infrastrukturunu hədəf alır.
İMQ-nin rəsmi Telegram kanalında dərc olunmuş açıqlamada deyilir: "İMQ Tehran, Şiraz və Təbrizdəki İran rejiminin infrastrukturuna qarşı genişmiqyaslı zərbələr seriyasına başlayıb".
Əməliyyatın əlavə təfərrüatları hazırda verilmir.
Əziz MUSTAFA
Digər xəbərlər



















































































