Srbui Qalyan: Yeni Konstitusiya layihəsi hazırdır

Srbui Qalyan: Yeni Konstitusiya layihəsi hazırdır

15:52
Bəyəndim (1) Bəyənmədim (0)


Yeni Konstitusiya layihəsinin mətni hazırdır. Oxuməni.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.
Onun sözlərinə görə, layihə "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətində və parlamentdəki fraksiyasında müzakirə olunacaq.
"Biz Konstitusiya mətnini mümkün qədər tez dərc edəcəyik. Birmənalı olaraq, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Yəni, cəmiyyətlə ünsiyyət üçün daha uzun müddətimiz olacaq", - Qalyan deyib.
Onun sözlərinə görə, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasını təmin etməkdir.
Bundan əlavə, müzakirələr Ədliyyə Nazirliyinin bir sıra məsələlər üzrə fikirlərinə yenidən baxılması üçün əsas ola bilər.
Daha əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki bu, münaqişəyə yol açır.
Ədliyyə naziri Srbui Qalyan daha əvvəl bildirmişdi ki, yeni Konstitusiyanın ilkin mətni mart ayı ərzində dərc olunacaq.
Almaz Həsənli