Pakistanın zərbələri nəticəsində Kabildə 400 nəfər həlak olub

Pakistanın zərbələri nəticəsində Kabildə 400 nəfər həlak olub

07:48
Bəyəndim (2) Bəyənmədim (0)

TOLO News-un Taliban hökumətinin sözçü müavini Həmdullah Fitrata istinadən verdiyi məlumata görə, Pakistanın Əfqanıstan paytaxtına endirdiyi zərbələr nəticəsində ən azı 400 nəfər həlak olub, 250 nəfər yaralanıb.

Daha əvvəl Pakistan İnformasiya və Yayım Nazirliyi Pakistan Silahlı Qüvvələrinin Kabil və Nəngərhar əyalətindəki hərbi hədəflərə zərbələr endirdiyini bildirmişdi. Agentlik Əfqanıstan hakimiyyətinin Pakistanın hücumu nəticəsində narkotik reabilitasiya mərkəzinə ziyan dəyməsi iddiasını təkzib edərək bunu "ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan faktların daha bir təhrif edilməsi" adlandırdı.

Fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başladı. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqladı. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı Taliban hökuməti ilə açıq silahlı münaqişə vəziyyətində olduğunu bildirib.

Əziz Mustafa