Pentaqon İrana qarşı əməliyyatlar üçün 3000 paraşütçü göndərməyə hazırlaşır
Pentaqon İrana qarşı əməliyyatları dəstəkləmək üçün elit 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 əsgəri Yaxın Şərqə göndərməyi planlaşdırır; yaxın saatlarda yazılı əmr gözlənilir.
Bu barədə The Wall Street Journal iki ABŞ rəsmisinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, rəsmilər xəbərdarlıq edirlər ki, İrana birbaşa quru qoşunları göndərmək qərarı hələ verilməyib. Lakin 82-ci Diviziyanın yerləşdirilməsi Prezident Tramp üçün bir neçə strateji seçim açır.
Əziz MUSTAFA
Digər xəbərlər


















































































