Almaniya və İspaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinənlər saxlanılıb
Spiegel mənbələrə istinadən xəbər verir ki, Alman kəşfiyyat orqanları Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib. Müstəntiqlərin sözlərinə görə, onlar Ukraynaya dron və dron hissələri tədarük edən bir alman iş adamını izləyirdilər.
Spiegel-in məlumatına görə, şübhəlilər arasında Reyn şəhərində saxlanılan 45 yaşlı Rumıniya vətəndaşı Alla S. və Elda şəhərində İspaniya polisi tərəfindən saxlanılan 43 yaşlı Xarkovdan olan Sergey N. var.
İstintaqa görə, 2025-ci ilin dekabr ayından etibarən Sergey N. Almaniyada dron təchizatçısı haqqında məlumat toplayıb, o cümlədən şirkətin binasını gizli şəkildə çəkib. Alla S. mart ayında iş adamını izləməyə başlayıb. O, iş adamının müvəqqəti qeydiyyat ünvanını müəyyən edib, əraziyə baş çəkib və binanın girişini gizli şəkildə çəkib.
Müstəntiqlər potensial casusların hərəkətlərinin "hədəfə qarşı əlavə gizli hərəkətlər hazırlamaq", o cümlədən fiziki sui-qəsd və ya qətl cəhdi məqsədi daşıdığından şübhələnirlər.
Der Spiegel nəzarət altında olan sahibkarın təhlükəsiz olduğunu öyrənib. Onun şirkəti əvvəllər Ukraynaya intiharçı dronları tədarük edirdi və hazırda onlar üçün fərdi komponentlərin istehsalında ixtisaslaşıb.
Almaniya və İspaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinənlər saxlanılıb.
Əziz MUSTAFA



















































































