Tramp İranın nüvə silahlarından birdəfəlik imtina etməyə hazır olduğunu açıqladı
ABŞ prezidenti Donald Tramp, İranın nüvə silahı istehsal etməkdən imtina etməyə razı olduğunu bildirib.
Oxuməni.az-ın verdiyi məlumata görə, Amerika lideri bunu çərşənbə axşamı Ağ Evdə jurnalistlərə açıqlayıb.
"Onlar (iranlılar - red.) bizimlə danışırlar və ağıllı şeylər deyirlər... Onların nüvə silahı olmamalıdır və biz bu barədə danışırıq... Əvvəlcədən demək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər", - deyə o bildirib.
Tramp təsdiqləyib ki, hazırda İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər və "onlar bunu Mark Rutbo (ABŞ dövlət katibi - red.) və C.D. Vens (ABŞ vitse-prezidenti - red.) ilə birlikdə həyata keçirirlər".
Trampın sözlərinə görə, hazırda ABŞ-ın danışıqlar mövqeyi daha yaxşıdır.
Almaz Həsənli



















































































