İran yeni tələb irəli sürür: Fars körfəzi ölkələrindəki Amerika bazaları bağlansın

İran yeni tələb irəli sürür: Fars körfəzi ölkələrindəki Amerika bazaları bağlansın

11:31
Bəyəndim (1) Bəyənmədim (0)

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran rejimində təsirini gücləndirib və ABŞ ilə mümkün danışıqlar öncəsi bir sıra tələblər irəli sürür, o cümlədən Fars körfəzi ölkələrindəki bütün Amerika bazalarının bağlanması. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazır.

Qəzet İranın digər tələbləri arasında bunları sadalayır:

  • Zərbələrə görə təzminat ödənilməsi;
  • Hörmüz boğazında yeni qayda, bu da İrana keçən gəmilərdən (Misir və Süveyş kanalı ilə müqayisədə) ödəniş almağa imkan verəcək;
  • Müharibənin yenidən başlamayacağına zəmanət, İsrailin Livanın "Hizbullah" qruplaşmasına zərbələr endirməyi dayandırması;
  • İrana qarşı bütün sanksiyaların ləğvi;
  • İranın raket proqramının heç bir məhdudiyyət cəhdi olmadan saxlanılması.

Amerika rəsmilərindən biri bu tələbləri "mənasız və qeyri-real" adlandırıb. Ərəb və Amerika mənbələrinin sözlərinə görə, bu mövqe müharibə başlamazdan əvvəlki vəziyyətlə müqayisədə Tehranla razılaşmaya nail olmağı yalnız çətinləşdirəcək.

Bir gün əvvəl “Reuters” xəbər vermişdi ki, İran mövqeyini sərtləşdirib və vasitəçilik səyləri danışıqlara gətirib çıxararsa, ABŞ-dan ciddi güzəştlər tələb etməyə hazırlaşır – xüsusilə hücum etməməyə zəmanət, həmçinin müharibə zamanı itkilərə görə təzminat və Hörmüz boğazı üzərində formal nəzarət.

ABŞ isə öz növbəsində İrana müharibəni dayandırmaq üçün 15 bənddən ibarət plan təqdim edib. İsrailin "12-ci kanalı"nın məlumatına görə, bu plan İranın nüvə proqramından tamamilə imtina etməsini, həmçinin regiondakı proksi qruplaşmalarına dəstəkdən imtina etməsini və raketlərinin sayını və mənzilini məhdudlaşdırmasını nəzərdə tutur.

Almaz Həsənli