İsrailin Baş naziri Netanyahunun mətbuat katibi istefa verib

İsrailin Baş naziri Netanyahunun mətbuat katibi istefa verib

09:06
Bəyəndim (1) Bəyənmədim (0)


Ərəb və müsəlman ölkələrindən olan yəhudilərə qarşı irqçi ifadələr işlətdiyi üçün İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuat katibi Ziv Aqmon istefa verib.
Oxuməni.az “Тhe Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, 12-ci kanalda yayımlanan səs yazılarında Aqmonun mizrahi yəhudilərə (ərəb və müsəlman ölkələrindən olan yəhudilər) qarşı açıq irqçi təhqirlər işlətdiyi eşidilir. O, xüsusilə, Mərakeş kökləri olan "Likud" partiyasından olan Knesset deputatlarını "babuin" və "geri qalmış mərakeşlilər" adlandırıb.
İrqçi ifadələrlə yanaşı, Aqmon səs yazılarında Baş naziri də tənqid edərək, onun vaxtının bitdiyini və "evə getməli olduğunu" bildirib, həmçinin Baş nazirin həyat yoldaşı Sara və oğlu Yair haqqında xoşagəlməz sözlər işlədib.
Aqmon istefa ərizəsində bu ifadələrin köhnə şəxsi söhbətlərdən kontekstdən çıxarılmış hissələr olduğunu və keçmiş dostu tərəfindən qəsdən sızdırıldığını bildirib. O, üzr istəyib və ittihamları absurd adlandırıb, öz ailəsində də Mərakeş köklərinin olduğunu qeyd edib.
Bu ifadələr Aqmonun Baş nazir Benyamin Netanyahunun ofisindəki mərkəzi rolunu nəzərə alaraq, siyasi sistemdə və sosial şəbəkələrdə dərhal böyük rezonans doğurub.
Martın 25-i çərşənbə günü Ziv Aqmon Baş nazirin mətbuat katibi vəzifəsindən istefa verdiyini elan edib.
Almaz Həsənli