İran Xarq adasının ABŞ hücumlarına qarşı müdafiəsini gücləndirir

İran Xarq adasının ABŞ hücumlarına qarşı müdafiəsini gücləndirir

09:39
Bəyəndim (1) Bəyənmədim (0)

İran mümkün ABŞ quru əməliyyatına hazırlıq məqsədilə Xarq adasına əlavə hərbi personal və hava hücumundan müdafiə sistemləri yerləşdirir. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat verib.

ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, İran həmçinin adanın ətrafında və sahil xətti boyunca ABŞ qoşunlarının potensial olaraq eniş edə biləcəyi ərazilərdə piyada əleyhinə və tank əleyhinə minalar yerləşdirib.

"Mən bundan çox narahat olardım... [İran] həm dənizdə, həm də quru qüvvələrinin onların (İranın – red.) suveren ərazilərinə enişindən sonra ABŞ qoşunları arasında maksimum itki ilə nəticələnməsini təmin etmək üçün əlindən gələni edəcək", - deyə keçmiş Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Ceyms Stavridis kanala bildirib.

Almaz Həsənli