MKİ Trampa: İranın yeni ali lideri "mavi"dir
ABŞ prezidenti Donald Tramp MKİ-nin ona İranın yeni ali lideri Müctəba Xameneinin gey-mavi olduğunu dediyini söylədi. Bu barədə CNN-ə istinadən məlumat verib və mənbə kimi Trampın Fox News-a verdiyi müsahibəyə istinad edib. Aparıcının MKİ-nin gənc Ayətullahın gey olduğunu bildirib-bilmədiyi barədə sualına ABŞ prezidenti belə cavab verib:
"Bəli, onlar bunu dedilər, amma bilmirəm, sadəcə onlar bunu deyiblər. Düşünürəm ki, bir çox insan bunu deyib. Bu, onun bu ölkədəki perspektivləri üçün yaxşı əlamət deyil", - Tramp deyib.
Lakin o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iddialarını dəstəkləyən heç bir dəlil təqdim etməyib.
Qeyd etmək lazımdır ki, İranda homoseksuallıq qanunsuzdur, çünki eyni cinsli münasibətlər İslam dəyərlərinin pozulması hesab olunur və ölkənin şəriət qanunlarına görə cəzalandırılır.
Onu da əlavə etmək lazımdır ki, "New York Post" qəzeti Trampa gənc Ayətullahın mümkün cinsi oriyentasiyası barədə məlumat verildiyini bildirib. Nəşrin məlumatına görə, ABŞ lideri bunu eşidəndə hisslərini saxlaya bilməyib və gülməyə başlayıb.
Əziz MUSTAFA















.jpg)

.jpg)
































































