Ukrayna və Səudiyyə Ərəbistanı təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar
Ukrayna Prezidenti Volodimir Zelenski Fars körfəzi bölgəsinə gözlənilməz səfər edib. Kiyev Səudiyyə Ərəbistanı ilə müqavilə imzalamağa hazırlaşır. Bu barədə AFP vəBloomberg məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski müdafiə dəstəyi müqabilində Ukraynanın dron əleyhinə əməliyyatlar üzrə təcrübəsini təklif etmək üçün regiona gəlib. Səudiyyə Ərəbistanına gəlişindən sonra verdiyi açıqlamada Ukrayna lideri mühüm görüşlər keçirməyi planlaşdırdığını bildirib.
"Dəstəyi qiymətləndiririk və təhlükəsizlik məsələləri ilə bağlı bizimlə əməkdaşlıq etmək istəyənlərə kömək edirik", - deyə o bildirib.
Vəziyyətlə tanış mənbələrə görə, Zelenski regiondakı digər ölkələrin də daxil olacağı gözlənilən səfər barədə ətraflı məlumat verməyib. Lakin, AFP-yə verdiyi şərhdə adı açıqlanmayan yüksək vəzifəli bir məmur "Ukrayna Səudiyyə Ərəbistanı ilə hava təhlükəsizliyi müqaviləsi imzalamağa hazırlaşır" deyib.
Xatırladaq ki, bir həftə əvvəl Prezident Volodymyr Zelenski Ukraynanın Yaxın Şərq ölkələri ilə müdafiə müqavilələri üzrə danışıqlar apardığını və eyni zamanda ABŞ-a sözdə dron müqaviləsi təklif etdiyini bildirmişdi.
"İlk növbədə, biz Yaxın Şərqlə, liderlərlə, texniki səviyyədə, müdafiə nazirlikləri ilə işləyirik və prinsipcə, ciddi müqavilələr və razılaşmalar hazırlayırıq - nə vaxt hazır olacaqlarını görəcəyik", - deyə Zelenski bildirib.
Onu da qeyd etmək lazımdır ki, bir həftə əvvəl BBC Ukraynanın tutucu dronlarının Fars körfəzində artıq bir neçə İran dronunu vurduğunu bildirmişdi.
Əziz MUSTAFA





















.jpg)

.jpg)


























































