Tramp İranın enerji sektoruna zərbələri daha 10 gün təxirə saldı
ABŞ prezidenti Donald Tramp Tehranla yeni danışıqlar raundu üçün İranın enerji obyektlərinə zərbələri on gün təxirə saldığını açıqlayıb. Oxuməni.az xəbər verir ki, Tramp cümə axşamı günü sosial media hesabı olan Truth Social-da bu qərarı İran hökumətinin xahişi ilə verdiyini yazıb.
Sosial media platforması “Truth Social”-da o, İran tərəfi ilə danışıqların nəinki davam etdiyini, həm də çox yaxşı getdiyini yazıb.
“Fox News” telekanalının efirində, verilişlərin birində Tramp izah edib ki, İran bu həftə on neft daşıyan tankerin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verdiyi üçün zərbələri təxirə salmağa icazə verib.
Dünən İranın dost ölkələrdən olan gəmilərin Hörmüz boğazından keçməsinə icazə verdiyi açıqlanıb. Bunlara Rusiya, Çin, Hindistan, İraq və Pakistan daxildir.
Tramp əvvəllər İranın enerji sektoruna zərbələri beş gün təxirə salmışdı.
Çərşənbə günü ABŞ-ın Pakistan vasitəsilə İrana müharibəyə son qoymaq üçün 15 maddəlik plan təqdim etdiyi bildirilib. Bunlara nüvə proqramından, Hörmüz boğazına nəzarətdən və Livanın radikal qrupu “Hizbullah”a dəstəkdən tamamilə imtina daxildir.
Lakin məlum olub ki, İran ABŞ-ın müharibəni dayandırmaq üçün təklif etdiyi planı rədd edib. “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, İran əks tələb irəli sürüb. Xüsusilə, o, Fars körfəzindəki bütün ABŞ bazalarının bağlanmasında, ABŞ və İsrailin İrana hücumlarına görə kompensasiya ödənilməsində və Hörmüz boğazından keçən ticarət gəmiləri üçün rüsumların yığılmasında israr edir.
Bir neçə saat əvvəl məlum oldu ki, İran ABŞ prezidenti Donald Trampın əvvəllər elan etdiyi kimi, enerji obyektlərinə hücumların 10 günlük dayandırılmasını xahiş etməyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Almaz Həsənli





















.jpg)

.jpg)


























































