ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması müzakirə olunur

ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması müzakirə olunur

16:03
Bəyəndim (3) Bəyənmədim (0)


Amerikalı senatorlar gələn həftə İrana qarşı hərbi qarşıdurmaya son qoymaq məqsədi daşıyan qətnamənin qəbul edilməsi üçün növbəti cəhdi edəcəklər.
Oxuməni.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Konqresin yuxarı palatasındakı demokratların lideri Çak Şumer Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Demokratlar Partiyasının nümayəndələri həmçinin Ağ Evin rəhbəri Donald Trampın hər hansı sonrakı hərbi əməliyyatları həyata keçirməzdən əvvəl Konqresin razılığını almalı olmasını təmin etmək niyyətindədirlər.
Şumer İrana qarşı silahlı qarşıdurmanı tənqid edərək, bunun İran rəhbərliyini zəiflətmədiyini və Tehranın nüvə proqramını dayandırmadığını, lakin qlobal enerji qiymətlərinin artmasına səbəb olduğunu qeyd edib.
Almaz Həsənli