Tehrana hava hücumunda yaralanan İranın keçmiş xarici işlər naziri Kamal Xarazi gəbərib
Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri və İranın keçmiş xarici işlər naziri, əvvəllər Tehranın nüvə silahı hazırlamağa çalışa biləcəyini irəli sürən Kamal Xarazi, ötən həftə hava hücumunda aldığı xəsarətlərdən sonra 9 aprel cümə axşamı günü gəbərib. Bu barədə Associated Press məlumat verib.
Kamal Xarazinin əvvəllər islahatçı prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri, daha sonra isə İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri vəzifələrində çalışdığı bildirilir.
2022-ci ildə o, "Əl-Cəzirə"yə verdiyi müsahibədə İranın "nüvə bombası hazırlamaq üçün texniki imkanlara malik olduğunu, lakin onun istehsalı ilə bağlı son qərarın hələ verilmədiyini" bildirib. Bu açıqlama beynəlxalq ictimaiyyət arasında Tehranın niyyətləri ilə bağlı narahatlıqlar yaradıb.
Mart ayında CNN-ə verdiyi sonuncu böyük müsahibəsində Xarazi Tramp administrasiyasının diplomatik səylərinə ciddi şübhə ilə yanaşdığını bildirib. O, İranın uzun və yorucu bir müharibəyə hazır olduğunu və qarşıdurmanın yalnız "iqtisadi ağrı" hər iki tərəf üçün kritik hala gəldikdə bitəcəyini bildirib.
Əziz MUSTAFA


















































































