Sorğuda iştirak edən polşalıların yarıdan çoxu ABŞ-ın NATO-dan çıxmasından qorxur
Polyakların 50%-dən çoxu Ağ Evin hazırkı prezidenti Donald Trampın açıqlamalarından sonra ABŞ-ın NATO-dan çıxa biləcəyinə inanır. Bu, SW Araşdırma Mərkəzi tərəfindən Onet portalı üçün hazırlanmış sorğunun nəticələrinə əsasəndir. Sorğu 8 apreldə onlayn şəkildə aparılıb və 810 respondenti əhatə edib.
Sorğuya görə, respondentlərin 52%-i bu fikirdədir. Respondentlərin 24,8%-i belə bir narahatlıq keçirmir, 23,2%-i isə qərarsız qalıb.
Tramp bu yaxınlarda Böyük Britaniya da daxil olmaqla, Avropa müttəfiqlərini İranla müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edib. Bütün AB ölkələri İslam Respublikasına qarşı ABŞ tərəfində hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib. Buna cavab olaraq, Amerika lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və "bunu xatırlayacağına" söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırıb. Aprelin 1-də Reuters agentliyinə verdiyi müsahibədə Ağ Evin vəzifəli şəxsi NATO-dan iyrəndiyini və ABŞ-ı alyansdan çıxarmağı düşündüyünü bildirib.
Əziz MUSTAFA



















































































