Kiyevdə baş verən atışmada ölənlərin sayı altıya çatıb
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Qoloseyevski rayonunda baş verən atışmada yaralanan bir qadın xəstəxanada ölüb. Ölənlərin sayı altıya çatıb. Əvvəlki məlumatlarda beş nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilirdi.
Cənab Kliçko Telegram kanalında yazıb ki, hadisə yerində altı nəfərə tibbi yardım göstərilib. O əlavə edib ki, yaralananlar arasında hücumçunun atışmaya başlamazdan əvvəl yandırdığı mənzilin yanındakı mənzildə dəm qazından zəhərlənən dörd aylıq bir uşaq da var.
18 apreldə bir kişi odlu silahla küçəyə çıxıb və təsadüfi yoldan keçənlərə atəş açmağa başlayıb. Daha sonra o, supermarketə girib müştərilərə atəş açıb. Xüsusi təyinatlılar hücum zamanı cinayətkarı öldürüblər. Ukrayna Daxili İşlər Naziri İqor Klimenkonun sözlərinə görə, kişi qanuni qeydiyyatdan keçmiş silahla silahlanıb.
Əziz Mustafa



















































































