Şahbaz Şərif və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Şahbaz Şərif və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

12:36
Bəyəndim (2) Bəyənmədim (0)


İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə Yaxın Şərqdəki mövcud vəziyyəti və İslamabadın Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə dialoqunun nəticələrini müzakirə edib.
Oxuməni.az xəbər verir ki, Pakistanın Baş naziri X sosial media platformasında müvafiq mesaj paylaşıb.
"Prezident Məsud Pezeşkianla mövcud regional vəziyyətlə bağlı isti və konstruktiv söhbət etdim. ... Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə liderləri ilə son görüşlərimin nəticələrini onunla bölüşdüm", - deyə Şərif qeyd edib.
O, Pakistanın tərəfdaşlarının dəstəyi ilə ABŞ ilə danışıqlarda vasitəçi roluna sadiq qaldığını vurğulayıb.
Almaz Həsənli