Domodedovo hava limanında ən azı 40 İsrail vətəndaşı saxlanılıb

Domodedovo hava limanında ən azı 40 İsrail vətəndaşı saxlanılıb

15:22
Bəyəndim (2) Bəyənmədim (0)

19 aprel tarixində Moskvadakı Domodedovo hava limanında Təl-Əvivdən gələn ən azı 40 İsrail vətəndaşı güc strukturları tərəfindən saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Mediazona" məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

Saxlanılma səbəbləri məlum deyil. Jurnalistlərin məlumatına görə, saxlanılanlar arasında həm İsrail vətəndaşlığı olan Rusiya vətəndaşları, həm də Rusiya pasportu olmayan İsrail vətəndaşları olub.

Onların hamısı beş saata yaxın su, yemək və tualetə getmək imkanı olmadan saxlanılıb. "Mediazona"nın mənbəsinin iddiasına görə, güc strukturları kobud şəkildə onlardan telefonlarını blokdan çıxarmağı tələb ediblər. İmtina aldıqdan sonra isə cihazları söndürməyi xahiş ediblər.

Saxlanılanların hər biri dindirilməyə göndərilib. "Mediazona"nın mənbəsinə görə, güc strukturları bir neçə İsrail vətəndaşını İranla müharibədə ittiham ediblər. Belə ki, onlar İranın Rusiyanın müttəfiqi olduğunu, İranın düşməninin isə "bizim də düşmənimiz" olduğunu bildiriblər. İsrail vətəndaşlarına "xoş gəlmədikləri" və "boşuna gəldikləri" deyilmişdir.

Dindirmədən sonra saxlanılanlardan "xəbərdarlıq" yazılmış sənədləri imzalamaq tələb olunub. "Mediazona" bunun qanunu pozmamaq barədə olan bir sənəd olduğunu ehtimal edir. Bundan sonra hamısı sərbəst buraxılıb.

Almaz Həsənli