Yaponiya hökuməti silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb
Yaponiya hökuməti ölümcül silahlar da daxil olmaqla silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırılmasını nəzərdə tutan "Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip" adlandırılan sənədin yenidən nəzərdən keçirilməsi qərarını rəsmi olaraq təsdiqləyib. Oxuməni.az xəbər verir ki, bu barədə Baş Nazirlər Kabinetinin katibi Minoru Kiharın verdiyi açıqlamada deyilir.
"Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsipin yenidən nəzərdən keçirilməsi qərarı verilib" deyən nazir əlavə edib ki, "hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz".
Kihara həmçinin "daxili müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin" vacibliyini qeyd edib. Baş Nazirlər Kabinetinin katibi Yaponiyanın "dinc millətin fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyinə" əminlik verib.
Əziz MUSTAFA



















































































