İranın Ali Lideri ABŞ ilə danışıqlara razılıq verib

İranın Ali Lideri ABŞ ilə danışıqlara razılıq verib

10:12
Bəyəndim (2) Bəyənmədim (0)

İran nümayəndə heyəti Ali Lider Müctəba Xameneidən ABŞ ilə danışıqlarda iştirak etmək üçün razılıq alıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən yazıb.

"İran komandası Ali Liderdən icazə gözləyirdi. Mənbənin sözlərinə görə, bu icazə bazar ertəsi axşamı verilib", - deyə materialda bildirilir.

Müsahiblərdən birinin sözlərinə görə, İran tərəfi İslam İnqilabı Keşikçiləri Korpusunun danışıqçılara "açıq təzyiqi" səbəbindən danışıqları uzadıb. Görüş tarixinin təxirə salınmasının məqsədi "daha sərt mövqe" əldə etməkdir: "Amerika blokadası dayandırılana qədər heç bir danışıq yoxdur".

Nəşrin məlumatına görə, vitse-prezident Cey D. Vens müharibənin başa çatması ilə bağlı potensial bir razılıq üzrə İranla danışıqlar aparmaq üçün aprelin 21-də səhər İslamaabada gedəcək.

Aprelin 20-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla yeni danışıqlar turuna hazırlıq üçün İslamabada uçublar. Tramp İranın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı iddialarını rədd edib.

“The Wall Street Journal” yazıb ki, İran da İslamabada danışıqlar qrupu göndərəcək.

Almaz Həsənli