Qazaxıstanın ikinci atom elektrik stansiyasının "Moyınkum" adlandırılması və Balxaş gölü yaxınlığında tikilməsi planlaşdırılır

Qazaxıstanın ikinci atom elektrik stansiyasının "Moyınkum" adlandırılması və Balxaş gölü yaxınlığında tikilməsi planlaşdırılır

15:14
Bəyəndim (2) Bəyənmədim (0)

Qazaxıstanın ikinci atom elektrik stansiyasının Balxaş gölündə yerləşməsi və işçi adınən "Moyınkum" olması qərara alınıb. İnformburo.kz xəbər verir ki, bu barədə Akorda iclasında Atom Energetikası üzrə Agentliyin sədri Almasadam Satkaliyev bildirib.

Ad gələcək stansiyanın yerləşdiyi yerə əsasən seçilib - bu, Balxaş gölü yaxınlığındakı bir ərazinin adıdır. Konkret tikinti sahəsi hələ seçilməyib; hazırda üç perspektivli sahə nəzərdən keçirilir.

"İkinci stansiyanın da, birincisi kimi, iki 1200 MVt gücündə enerji bloku ilə tikilməsi planlaşdırılır. Hazırda potensial təchizatçını müəyyən etmək üçün tərəfdaşlarımızla danışıqlar aparırıq", - deyə nazir qeyd edib.

Jurnalistlərin stansiyaya ad vermək üçün müsabiqənin keçiriləcəyi barədə sualına Satkaliyev cavab olaraq bildirib ki, bu, artıq baş tutub.

Əvvəllər Çinin CNNC şirkətinin ikinci nüvə elektrik stansiyasının tikintisi üçün prioritet tərəfdaş kimi nəzərdən keçirildiyi bildirilirdi.

Əziz MUSTAFA