Dünyanın ən böyük A23a aysberqi tamamilə dağılıb

Dünyanın ən böyük A23a aysberqi tamamilə dağılıb

15:43
Bəyəndim (2) Bəyənmədim (0)


Keçən il dünyanın ən böyüyü hesab edilən A23a aysberqi Cənub okeanında üzərkən tamamilə dağılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AANII) mətbuat xidməti məlumat yayıb.
"Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimlərinin son 40 ildir ki, taleyini izlədiyi dünyanın ən böyük A23a aysberqi öz tarixini başa vurur. Buz nəhəngi kiçik hissələrə parçalanıb, həyat dövründə sahəsinin 99%-ni itirib", - deyə məlumatda bildirilir.
A23a aysberqi 1986-cı ildə Filxner şelf buzlağının kənarından qopub. Yarandığı zaman sahəsi 4170 kv. km idi. 30 ildən çox Ueddell dənizinin mərkəzi hissəsində dayazlıqda qaldıqdan sonra Antarktida sahil xətti boyunca hərəkət etməyə başlayıb və 2023-cü ilin noyabr ayının ortalarına qədər açıq suya çıxıb.
2025-ci ilin əvvəlinə qədər aysberq Cənubi Georgiya adasına yaxınlaşıb, ondan 80 km məsafədə yenidən dayazlığa oturub və orada 2025-ci ilin yanvarından mayına qədər qalıb. Sonra adanın yaxınlığında, şərq tərəfindən dolanaraq üzməyə davam edib. 2025-ci ilin avqust ayının sonunda aysberqdən birdən üç böyük hissə qopub, sahəsi 60-dan 300 kv. km-ə qədər olub. Sahəsinin demək olar ki, 70%-ni itirdikdən sonra dünyanın ən böyüyü statusunu itirib.
Son məlumatlara görə, yanvar ayında A23a-nın sahəsi təxminən 1300 kv. km idi, hazırda isə 50 kv. km-dən azdır. Son üç ayda aysberq təxminən 1000 km məsafə qət edib, Cənub və Atlantik okeanlarının sərhəddini keçib və 49° cənub en dairəsi yaxınlığında yerləşir.
Almaz Həsənli