Zyuganov: Rusiyanı inqilab və "qaçılmaz iqtisadi çöküş" təhlükəsi gözləyir

Zyuganov: Rusiyanı inqilab və "qaçılmaz iqtisadi çöküş" təhlükəsi gözləyir

10:02
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyanın kommunist lideri Gennadi Zyuganov Rusiya iqtisadiyyatındakı qaçılmaz problemlərdən danışıb və 1917-ci il hadisələrinə bənzər bir inqilab təhlükəsi barədə xəbərdarlıq edib. O, Dövlət Dumasının iclasında rusiyalı bloqçu Viktoriya Bonyanın hökuməti tənqid etməsini dəstəkləyərək geniş ictimai etirazlara səbəb olub. Bu barədə məlumat The Moscow Times tərəfindən cerilib.
Zyuganovun sözlərinə görə, Viktoriya Bonya öz videosunda Kommunist Partiyası tərəfindən əvvəllər qaldırılan məsələlərə toxunub. O qeyd edib ki, partiyanın Prezident Putinin strategiyasını dəstəkləmək səylərinə baxmayaraq, Kreml bu təşəbbüsləri qulaqardına vurur, hakimiyyət isə hazırda Monakoda olan bloggerin sözlərinə daha çox meylli olduğunu sübut edib.

"Sizə 10 dəfə demişik: iqtisadiyyat qaçılmaz olaraq çökəcək. Birinci rüb tam bir fəlakət idi. Təcili maliyyə, iqtisadi və digər tədbirlər görməsəniz, payızda 2017-ci ildə nə baş verəcəyini görəcəyik", - deyə Kommunist Partiyasının lideri bildirib.

Putin əvvəllər Rusiya iqtisadiyyatının tənəzzülünü etiraf etmişdi. O qeyd edib ki, makroiqtisadi göstəricilər hazırda analitiklərin, hökumətin və Rusiya Mərkəzi Bankının gözləntilərindən aşağıdır.

Rusiya iqtisadiyyatı bu ilin sonuna qədər tənəzzülə girə bilər. Ən azından, Kremlə bağlı Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) hesabatında belə deyilir.

Əziz MUSTAFA