Türkiyə hərbi hava qüvvələrinə məxsus CH-47 ağır nəqliyyat vertolyotu təlim uçuşu zamanı qəzaya uğrayıb

Türkiyə hərbi hava qüvvələrinə məxsus CH-47 ağır nəqliyyat vertolyotu təlim uçuşu zamanı qəzaya uğrayıb

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

Ordu Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat vertolyotu Ankaranın Temelli rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəzanın səbəbi məlum deyil.

Milli Müdafiə Nazirliyi bildirib: "Ordu Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat vertolyotumuz, təlim uçuşu zamanı naməlum səbəbdən Temelli/Ankara rayonunda qəzaya uğrayıb. Şəxsi heyətimiz təhlükəsizdir. Qəzanın səbəbi ətraflı araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək."

Səbəbi hələ də məlum olmayan hadisədən sonra əraziyə təhlükəsizlik qrupları göndərilib. Milli Müdafiə Nazirliyi açıqlamasında qəzadan sonra heyət üzvlərinin sağlamlığının yaxşı olduğunu və heç bir mənfi hadisənin baş vermədiyini bildirib. Qəzanın dəqiq səbəbi ekspert qrupları tərəfindən aparılan ətraflı araşdırmadan sonra aydınlaşdırılacaq.

Əziz MUSTAFA