Tramp "İranla atəşkəsi uzatdığını bildirib, İran onu rədd edib

Tramp "İranla atəşkəsi uzatdığını bildirib, İran onu rədd edib

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp, 8 apreldən bəri qüvvədə olan İranla atəşkəsi Pakistanın tələbi ilə İran rəhbərliyi razılaşma təklifini təqdim edənə qədər uzatmaq qərarını elan etdi. İran da öz növbəsində atəşkəsin uzadılmasını tanımayacağını və ona əməl edib-etməmək barədə qərar verəcəyini bildirdi.
Sosial media platformasında yayımlanan açıqlamada Tramp, İran rəhbərliyi razılaşma təklifini təqdim edənə qədər atəşkəsi uzatmaq qərarını açıqladı. Tramp İran hökumətinin "ciddi şəkildə bölündüyünü" iddia edərək bildirib ki, "Pakistanın Baş naziri Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munir İran liderləri və nümayəndələri birgə təklif hazırlayana qədər bizdən İrana hücumları dayandırmağımızı istəyiblər".

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının blokadasının davam edəcəyini, lakin iki tərəf arasında atəşkəsin qüvvədə qalacağını bildirib və qeyd edib ki, "Buna görə də mən Hərbi Dəniz Qüvvələrimizə blokadanı qorumağı, tam hazır vəziyyətdə qalmağı və təklif təqdim olunana və danışıqlar müsbət və ya mənfi nəticəyə çatana qədər atəşkəsi uzatmağı tapşırmışam".
Lakin İran tərəfi atəşkəsin uzadılmasını qəbul etmədiyini açıqlayıb. İran dövlət televiziyasında yayımlanan açıqlamada deyilirdi: "İran atəşkəsin uzadılmasını tanımır və milli maraqlarına əsasən ona riayət edib-etməmək barədə qərar verəcək".
Bundan əlavə, İran rəhbərliyi də Vaşinqtonun əvvəlki öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək Pakistanda planlaşdırılan sülh danışıqlarında iştirak etməyəcəyini açıqlayıb. Tehrandan verilən açıqlamada ABŞ-ın repressiv mövqeyi tənqid edilib və mövcud şəraitdə danışıqların aparılmayacağı vurğulanıb.

Əziz MUSTAFA