Lufthansa  yanacaq qənaəti üçün 20 min reysi ləğv edəcək

Lufthansa  yanacaq qənaəti üçün 20 min reysi ləğv edəcək

10:57
Bəyəndim (2) Bəyənmədim (0)


Almaniyanın aparıcı aviaşirkəti Lufthansa, ABŞ və İsrailin İranla müharibəsi nəticəsində yaranan enerji böhranı fonunda aviasiya yanacağından qənaət etmək məqsədilə iyun-oktyabr 2026-cı il tarixləri arasında 20 min reysi ləğv edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Avropanın ən böyük aviaşirkətinin mətbuat xidməti çərşənbə axşamı məlumat yayıb.
Lufthansa nümayəndələrinin fikrincə, bu reyslərin ləğvi 40 min tondan çox yanacağa qənaət etməyə imkan verəcək. Lufthansa-nın iddialarına görə, bu, Frankfurt-Mayn və Münhen şəhərlərindən həyata keçirilən qısa mənzilli "gəlirsiz marşrutların azaldılması, eyni zamanda Sürix, Vyana və Brüssel şəhərlərindən mövcud reyslərin genişləndirilməsi" hesabına nail olunacaq. Bu dəyişikliklər şirkətin altıncı qovşağı (xab) olan Romaya da təsir edəcək.
İyun-oktyabr ayları arasında hansı reyslərin həyata keçirilməyəcəyi barədə Lufthansa aprelin sonlarında məlumat verəcəyini vəd edib. Bununla belə, şirkət artıq mayın 31-dək planlaşdırılmış uçuşların ləğvini həyata keçirir. Məsələn, aprelin 20-də Lufthansa gündəlik 120 reysi ləğv edib. Xüsusilə, Frankfurt-Mayn şəhərindən Polşanın Bıdqoş və Jyeşuv şəhərlərinə, eləcə də Norveçin Stavanqer şəhərinə uçuşlar müvəqqəti dayandırılıb.
Lufthansa, Yaxın Şərqdəki qeyri-sabitlik və enerji daşıyıcılarının qiymətlərinin artması səbəbindən tədbirlər görməli olan yeganə aviaşirkət deyil. Belə ki, Stokholmda yerləşən “SAS Scandinavian Airlines” aprel ayında təxminən min reysi ləğv edəcək, fransız “Air France-KLM” isə, xüsusilə uzun mənzilli reyslərin artıq satılmış biletlərinə 100 avroya qədər əlavə haqq artırıb. Moldovanın “FlyOne” aviaşirkəti də yanacaq problemləri səbəbindən uçuşların ləğv olunduğunu elan edib.
Almaz Həsənli