Çinin müdafiə naziri aprelin 23-dən 28-dək Rusiya və Qırğızıstana səfər edəcək

Çinin müdafiə naziri aprelin 23-dən 28-dək Rusiya və Qırğızıstana səfər edəcək

11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Çin müdafiə naziri Donq Cun aprelin 23-dən 28-dək Rusiya və Qırğızıstana rəsmi səfərlər edəcək.
Bu barədə Çin Müdafiə Nazirliyinə istinadən Sinxua agentliyi məlumat yayıb.

Bəyanatda deyilir: "Çin müdafiə naziri Donq Cun müvafiq ölkələrin dəvəti ilə aprelin 23-dən 28-dək Rusiya və Qırğızıstana səfər edəcək".

Nazirin səfəri ölkələrin dəvəti ilə həyata keçirilir.
Nazirlik nümayəndələri izah ediblər ki, Donq Cun Qırğızıstana səfəri zamanı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak edəcək.

Daha əvvəl "New York Times" qəzeti Rusiya və Çinin yüksək texnologiyalı dronların hazırlanmasında ABŞ-dan irəlidə olduğunu bildirmişdi.

Əziz MUSTAFA