NYT Müctəba Xameneinin vəziyyəti barədə məlumat əldə edib
İranın Ali Lideri Müctəba Xamenei, fevralın 28-də İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbə zamanı yaralanıb. Onun üzündə ciddi yanıqlar əmələ gəlib ki, bu da danışmasını çətinləşdirir. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yüksək rütbəli İran rəsmilərinə istinadən məlumat verir, ona plastik əməliyyat lazım gələcək.
Qəzetin məlumatına görə, fevralın sonundan bəri Xamenei bir aya üç əməliyyat keçirib. Nəşr qeyd edir ki, ona protez lazım ola bilər. Yaxın zamanda o, əlindən də əməliyyat olunub. Ağır yaralanmasına baxmayaraq, Ali Liderin zehni aydın və fəaldır. Bununla belə, o, qərarların qəbulunu generallara həvalə edib, NYT yazır.
NYT-nin həmsöhbətlərinin sözlərinə görə, Müctəba Xamenei audio və video müraciətlər etmir, çünki "zəif və ya aciz görünmək istəmir". Martın 8-də vəzifəyə gəldiyi gündən bəri Ali Lider yalnız bir neçə yazılı bəyanat verib ki, bunlar da KİV-də yayılıb.
İran Xarici İşlər Nazirliyindən bildirilib ki, Xameneinin ictimaiyyət qarşısına çıxması üçün "bir müddət" keçməlidir. ABŞ Prezidenti Donald Tramp isə İran liderinin ölü ola biləcəyini iddia edib. Müctəba Xameneinin Ali Lider vəzifəsinə gəlməzdən əvvəl İranda Ali Lider onun atası – Əli Xamenei idi. O, fevralın 28-dəki hücumda həlak olub.
Almaz Həsənli



















.jpg)
.jpg)






.jpg)






















.jpg)

































