Britaniya KİV: “İsgəndər” raketi Bakı üzərində vurulub

Britaniya KİV: “İsgəndər” raketi Bakı üzərində vurulub

2 Mart 2021 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Oxuməni.az xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye" yayımlayıb.

“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın "İsgəndər" sistemindən istifadəsinin qeydə alınmadığını rəsmən açıqlayıb.