İranla atəşkəsi Tramp istəyib?

İranla atəşkəsi Tramp istəyib?

15:51
Bəyəndim (2) Bəyənmədim (0)


Avtoritetli "Financial Times" nəşri iddia edir ki, atəşkəs təşəbbüsü İran hökuməti deyil, məhz ABŞ prezidenti Donald Tramp olub.
Oxuməni.az "Financial Times"ın məlumatına istinadla xəbər verir ki, Tramp administrasiyası bir neçə həftə ərzində gizlicə atəşkəs üçün təkid edib, İranın Hörmüz boğazına nəzarətindən yaranan iqtisadi yükü yüngülləşdirməyə çalışıb. Vaşinqton bu məqsədlə Pakistanı vasitəçi kimi nəzərdə tutub.
Pakistan ordusunun qərargah rəisi Asim Munir, xüsusi elçi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens və hətta Trampın özü ilə – çərşənbə axşamı Trampın "İran sivilizasiyasını məhv etmək"lə hədələməsindən sonra belə – İran rəsmiləri ilə əlaqə saxlayıb.
Diplomatik əlaqələr kanalları ilə tanış olan beş mənbənin məlumatına görə, Tramp martın 21-dən atəşkəs istəyib – məhz o vaxt o, ilk dəfə İranın elektrik stansiyalarına zərbələr endirməklə hədələmişdi. Bu məlumatlar Amerika administrasiyasının Tehranla bağlı demək olar ki, bütün iddialarına ziddir.
Ağ Evin rəsmi mövqeyi belə idi ki, davamlı bombardmanlar və məhv etmə hədələri zəifləmiş və ruhdan düşmüş İran rejimini danışıqlara məcbur edib, ABŞ ilə razılığa can atıb.
"Onlar razılıq üçün yalvarırlar, mən yox. Onlar razılıq üçün yalvarırlar," – Tramp iki həftədən az müddət əvvəl bəyan etmişdi.
ABŞ və İran arasında sülh danışıqlarının cümə günü İslamabadda keçiriləcəyi gözlənilir, baxmayaraq ki, İran parlamentinin spikeri artıq bəyan edib ki, Vaşinqton və Təl-Əviv onsuz da kövrək olan atəşkəsin şərtlərini pozub.
Almaz Həsənli