İran və Türkmənistan arasında qaz sahəsində əməkdaşlıq barədə razılıq əldə edilib
İran şirkətləri Türkmənistan ərazisində 125 kilometr uzunluğunda yeni qaz kəməri və İrana əlavə həcmdə qaz tədarükü üçün zəruri olan üç qaz-kompressor stansiyası tikəcək.
Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 1-3-də Aşqabadda türkmən və İran tərəfləri arasında bu mövzuda danışıqlar aparılıb.
İclasın yekunu olaraq ildə 10 milyard kubmetrədək həcmdə təbii qazın alqı-satqısı üzrə müqavilə imzalanıb ki, bu qaz svop sxemi üzrə İran vasitəsilə Türkmənistandan İraqa tədarük olunacaq.
Bundan əlavə, mövcud güclərlə yanaşı, Dövlətabad-Saraxs-Həngəran marşrutları üzrə və Çaloyuk qazölçmə stansiyası vasitəsilə İrana verilən qazın həcminin ildə 40 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Oxuməni.az
Digər xəbərlər