Finlandiya Maliyyə Nazirliyi iqtisadi artım sürəti proqnozlarının azaldığını elan edib
Finlandiya Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının artım sürəti proqnozlarının azaldığını elan edib.
Oxumeni.az-ın Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş iqtisadi artım gözləntiləri 2020-ci il üçün 1 faiz, 2021-ci il üçün 1,1 faiz və 2022-ci il üçün 1,2 faiz təşkil edir.
Maliyyə Nazirliyi hesab edir ki, 2022-ci ildən sonra ÜDM-in artımı hətta 1 faizdən aşağı səviyyəyə qədər yavaşıyacaq, borcun ÜDM-ə nisbəti isə artmağa başlayacaq.
Bu il Finlandiyanın dövlət borcu ÜDM-in 58,5 faizini təşkil edib və proqnozlara görə tədricən artaraq 2022-ci ildə 60,4 faizə bərabər olacaq.
Maliyyə Nazirliyinin bəyanatında deyilir: “Qlobal iqtisadiyyat 2020-ci ildən başlayaraq bərpa olunmağa başlayacaq. Lakin bərpa çox ləng gedir. Beynəlxalq iqtisadiyyatın dumanlı perspektivləri korporativ investisiyaları udacaq, tikinti yavaşıyacaq”.
Bu ay yeni Baş Nazirin seçilməsindən sonra təşkil edilmiş yeni hökumət qarşısına ölkədə məşğulluğun səviyyəsini artırmaq məqsədi qoyub. İndi bu səviyyə 72,4 faiz təşkil edir. Hökumət dördillik müddətinin sonuna qədər 75 faiz səviyyəyə nail olmaq istəyir.
Qeyd edək ki, bu həftə Danimarka hökuməti də bəyan edib ki, ölkənin iqtisadi artımı bu il 2 faiz, gələn il 1,5 faiz və ya 1,4 faiz yavaşıyacaq. Danimarkalıların xoşagəlməz gözləntiləri ölkənin ixraca tuşlanan iqtisadiyyatının qlobal iqtisadiyyatın inkişafının geriləməsindən əziyyət çəkməsi ilə bağlıdır.
İxracdan güclü asılı olan İsveç hökuməti də iqtisadi fəallığın azalması proqnozları ilə çıxış edib. İsveçin hakimiyyət orqanları iqtisadi inkişaf səviyyəsinin azalması proqnozlarını ABŞ və Çin arasında ticarət münaqişəsinin və Böyük Britaniyanın Aİ-dən sazişsiz çıxması riskinin səbəb olduğu ticari-iqtisadi fəallığın azalması meyilləri ilə bağlayırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az



.jpg)































































.jpg)



















