Ötən ilin 11 ayı ərzində Azərbaycanda 116 454 nəfər uşaq doğulub
Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.
Bu barədə Oxuməni.az-a a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,7 təşkil edib.
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.
Oxuməni.az
Digər xəbərlər