Süni intellekt alimlərin 10 ildir üzərində düşündüyü problemi 2 gündə həll edib

Süni intellekt alimlərin 10 ildir üzərində düşündüyü problemi 2 gündə həll edib

18 Mart 10:54
Bəyəndim (2) Bəyənmədim (0)


Google-un süni intellekt vasitəsi alimlərin 10 ildir mübarizə apardığı problemi iki gündə həll edə bilib.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazır.
London İmperial Kollecinin tədqiqatçıları süni intellekt modelindən superbakteriaların antibiotiklərə müqavimət göstərmə qabiliyyətini soruşublar. Alət elm adamlarının 10 ildən çox müddətə gəldiyi variant da daxil olmaqla bir neçə cavab verib.
“Yəni, alqoritm mövcud sübutları öyrənə, variantları təhlil edə, suallar verə, eksperimentləri imitasiya edə və illərlə diqqətli araşdırmalardan sonra gəldiyimiz eyni fərziyyəni irəli sürə bildi, lakin vaxtın bir hissəsində,” professor Xose Penades bildirib.
Alimlərin fikrincə, alət tədqiqatda “ölü nöqtələrdən” qaçmağa kömək edəcək, lakin real təcrübələrə ehtiyac aradan qalxmayacaq.
Almaz Həsənli