İnsan əcdadlarının sirli populyasiyası öz genlərinin 20%-ni bizə verib və ehtimal ki, beyinin funksiyasını yaxşılaşdırıb

İnsan əcdadlarının sirli populyasiyası öz genlərinin 20%-ni bizə verib və ehtimal ki, beyinin funksiyasını yaxşılaşdırıb

19 Mart 15:11
Bəyəndim (3) Bəyənmədim (0)

İnsan əcdadlarının sirli populyasiyası öz genlərinin 20%-ni bizə verib və ehtimal ki, beyinin funksiyasını yaxşılaşdırıb
Bütün müasir insanların əcdadları 1,5 milyon il əvvəl sirli populyasiyadan ayrılıb və sonra 300.000 il əvvəl yenidən ona qoşulublar, yeni genetik model ehtimal edir. Alimlər belə qənaətə gəliblər ki, naməlum populyasiya DNT-mizin 20%-ni təşkil edib və ola bilər ki, insan beyin fəaliyyətinin inkişafına töhfə verib.
“Nature Genetics” jurnalında dərc olunan araşdırmada elm adamları müasir insanların (Homo sapiens) təkamülünü izləməyə imkan verən “kobraa” adlı genomik məlumatların modelləşdirilməsi üçün yeni metod təqdim ediblər.
Yeni metodlarını 1000 Genom Layihəsi və İnsan Genomu Müxtəlifliyi Layihəsi tərəfindən dərc edilən müasir insan DNT məlumatlarına tətbiq edərək, alimlər təqribən 1,5 milyon il əvvəl A və B populyasiyası adlandırdıqları iki əsas əcdad qrupunun olduğunu aşkar etdilər.
Tədqiqatçılar təxminən 300.000 il əvvəl A populyasiyasının B populyasiyası ilə qarışdığını aşkar ediblər. Genetik analiz göstərib ki, bütün müasir insanların genomunun 80%-i A populyasiyasına, 20%-i isə B populyasiyasına aiddir.
Kembric Universitetinin genetika üzrə aspirantı, tədqiqatın həmmüəllifi Trevor Kuzins ​​verdiyi açıqlamada B populyasiyasından olan bəzi genlərin, xüsusən də beyin funksiyası və sinir siqnallarının işlənməsi ilə əlaqəli olanların insan təkamülündə mühüm rol oynadığını söyləyib.
Almaz Həsənli