Çində xərçəng hüceyrələrini “donuz ətinə” çevirərək məhv etməyi öyrəniblər

Çində xərçəng hüceyrələrini “donuz ətinə” çevirərək məhv etməyi öyrəniblər

24 Mart 19:59
Bəyəndim (2) Bəyənmədim (0)


Çin alimləri şişləri məhv etmək üçün bədənin immun sistemindən istifadə etməklə xərçənglə mübarizənin innovativ üsulunu hazırlayıblar. Tədqiqatçılar xərçəng hüceyrələrini yad donuz toxuması kimi “maskalayıblar” ki, bu da immunitet sistemini sağlam hüceyrələrə toxunulmadan onlara yüksək dəqiqliklə hücum etməyə sövq edib. Nəticələr “Cell” jurnalında dərc olunub.
Metod, xərçəng hüceyrələrini dəyişdirən, transplantasiya edilmiş orqanların rədd edilməsinə bənzər reaksiyaya səbəb olan genetik cəhətdən dəyişdirilmiş virusa əsaslanır. Bu yanaşma erkən klinik sınaqlarda təsirli nəticələr göstərmişdir.
Qaraciyər, yumurtalıq və ağciyər xərçəngi kimi inkişaf etmiş xərçəngi olan xəstələrin 90%-də şişin böyüməsi dayandırılmış və ya ölçüsü azalmışdır. Uşaqlıq boynu xərçəngi olan bir xəstənin kliniki sağaldığı elan edilib.
Quansi Tibb Universitetinin professoru Çjao Yunsyanın rəhbərlik etdiyi tədqiqat artıq Çində sosial mediada böyük marağa səbəb olur. Bu üsul xərçəng müalicəsində yeni imkanlar açır, xüsusən də ənənəvi terapiyanın səmərəsiz olduğu hallarda.
Almaz Həsənli